Hematologiya sahəsinin inkişafına kömək etmək, bu sahədə alimlərin və mütəxəssislərin səylərini birləşdirmək məqsədilə «Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyi» (AHMİB) təsis edilmişdir. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikasının Qanunu, digər normativ-hüquqi aktlar və nizamnaməsi əsasında həyata keçirir. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır (qeydiyyat No1147-Q67-3683; 18 mart 2019-cu il).