Klinik laboratoriya sahəsinin (Biokimya, Mkrobiologiya, İmmunologiya, Genetika) inkişafına kömək etmək, bu sahədə alimlərin və mütəxəssislərin səylərini birləşdirmək məqsədilə «Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyi»ni (AZKLMİB) təsis edilmişdir.

Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikasının Qanunu, digər normativ-hüquqi aktlar və nizamnaməsi əsasında həyata keçirir. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır (qeydiyyat No1118-Q62-3573; 24 aprel 2018-ci il).

Baxışımız

Kinik Laborarotoriya (Biokimya, Mikrobiologiya, İmmunologiya, Genetika) sahələrində milli standartların yaradılması istiqamətində səmərəli fəaliyyət göstərən, problemlərin həlli üçün layihələr hazırlayan, ixtisas təhsilinin müvafiq standartlara çatması üçün çalışan nüfuzlu və güclü mütəxəssislər birliyi olmaqdır.

Məlumdur ki bütün dünyada peşə ilə bağlı elmi cəmiyyət və dərnəklər müvafiq sənaye sahəsi ilə sıx əməkdaşlıq çərçivəsində çalışır. Elmi və sosial əhəmiyyətli yeni nailiyyətlər yalnız belə əməkdaşlıqlar sayəsində mümkün olur. Yuxarıda göstərilənlər nəzərə alınaraq müvafiq sənaye təmsilçiləri ilə əməkdaşlığa da xüsusi diqqət yetiriləcəkdir.

Birliyin yaradılacaq bütün strukturları təsis məqsədindən irəli gələn vəzifələri yerinə yetirmək üçün əzmlə çalışacaqdır.