Dəyərli Məsləkdaşlarımız
17-19 noyabr 2022-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutacaq “2-ci Beynəlxalq Azərbaycan Hematologiya Mütəxəssisləri Konqresi”nə qeydiyyatın başlanılmasını Sizlərə bidirməkdən qürur duyuruq!
Həmkarlarımızın diqqətinə!
📢 Həmkarlarımızın diqqətinə!
06 Noyabr 2021 tarixində, Bakı vaxtı ilə saat 13:00-da “Doc Events”-in təşkilatçılığı ilə hematoloqlar üçün “Talasemiya böyük formanın optimal idarə edilməsi strategiyası”, “β-talassemiyanın müalicəsi və kardioloji problem haqqında müasir biliklərə əlçatanlığa icazənin verilməsi” və “Tibb mütəxəssislərdən məlumatların alınması və klinik halların öyrənilməsi” mövzularında onlayn elmi seminar keçirliləcəkdir.
Seminarda iştirak etmək istəyənlət aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçdikdən sonra sizə “Doc Events” tərəfindən bildiriş göndəriləcəkdir.
https://cutt.ly/ORGMd2W
4-6 İyun – II Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi
Dəyərli Məsləkdaşlarımız,
4-6 iyun 2020-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutacaq “2-ci Azərbaycan Hematologiya Mütəxəssiləri Konqresi”nə qeydiyyatın başlanılmasını Sizlərə bidirməkdən qürur duyuruq!
22-25 May 2019 tarixlərində baş tutmuş geniş miqyaslı “1-ci Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi” uğurla başa çatmışdır. Kongresə 20-dən çox ölkədən 128 məruzəçi, 800-ə yaxın iştirakçı qatılmışdır. Elmi hissə tərəfindən 32 şifahi məruzə, 43 poster məruzəsi qəbul olunmuşdur və tibb işçilərinin iştirakı ilə yüksək səviyyəli elmi toplantı baş tutmuşdur. Konqresin ilk günü, ölkəmizdə ilk dəfə olaraq “Flow cytometry və sitogenetika” kursu keçirilmişdir. Xaricdən dəvət olunmuş genetika və pato-histologiya sahəsində tanınmış mütəxəssislər təcrübələri ilə bölüşmüş, ölkəmizin müxtəlif regionlarından kursa qatılmış laboratoriya və genetika mütəxəssisləri yeni biliklərə yiyələnmişdirlər. Konqres çərçivəsində Azərbaycanda ilk olaraq tibb bacıları simpoziumu keçirilmişdir.
“1-ci Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi”ndən əldə etdiyimiz təcrübə və məlumat mübadiləsi, beynəlxalq əlaqələrin genişlənməsi ənənəsinin növbəti konqreslərimizdə davam edəcəyinə ümid edirik.
Konqres klinik araşdırmalarda son nailiyyətləri izləmək, elmi araşdırılmaları sərgiləmək və eyni zamanda Azərbaycan qonaqpərvərliyini görmək baxımından böyük şans verir. Sizləri Konqresdə görməkdən xoşbəxtlik və məmnunluq duyardıq. 4-6 iyun 2020-ci il tarixlərində keçiriləcək, “2-ci Azərbaycan Hematologiya Mütəxəssisləri Konqresi”nə qeydiyyatdan keçməyə dəvət edirik!
Dərin hörmət və səmimiyyətlə,
Dr. Valeh Hüseynov
Konqresin sədri
Dr. Afaq Nəsibova
Konqresin Elmi Katibi